“Vaqner” Rusiya qvardiyasının tabeliyinə keçib
Rusiyanın “Vaqner” özəl hərbi təşkilatı Rusiya qvardiyasının tabeliyinə keçib.
Bu barədə “Vaqner” rəsmi açıqlama verib.
Bildirilib ki, təşkilat üzvləri fərdi şəkildə müqavilələr imzalayıblar.
Məlumata görə, “Vaqner”in bütün strukturu, iş qaydası və komandirlər saxlanılır.
Qeyd edək ki, “Vaqner” iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Qiyam uğursuz olub. Bundan sonra “Vaqner”çilər Rusiyanı tərk edib və müvəqqəti olaraq Belarusda yerləşib. Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” döyüşçülərinin bu ölkədə olduğunu təsdiqləyib. “Vaqner”in rəhbəri Yevgeni Priqojinin ölümündən sonra “Vaqner”in Ukraynadan çıxdığı bildirilmişdi. Bu ilin sentyabr ayında Britaniya kəşfiyyatı “Vaqner”in yenidən Ukraynaya qayıtdığı barədə məlumat yayıb.