Vardanyandan şok etiraf

Vardanyandan şok etiraf

Ötən ilin avqustundan Rusiyadan Qarabağa köçərək bölgədə gərginliyin artmasında rol oynayan cani Ruben Vardanyan Azərbaycanın başlatdığı antiterror tədbirləri nəticəsində ağır durumla üz-üzə qaldıqlarını etiraf edib.

Vardanyan 100-ə yaxın itki verdiklərini, yüzlərlə şəxsin yaralandığını bildirib.

O, “Reuters” agentliyinə müsahibəsində bildirib: “Bu, böyük müharibədir – Azərbaycan genişmiqyaslı əməliyyata başlayıb”.

Vardanyanın sözlərinə görə, Azərbaycan qüvvələri dünən gecə boyu döyüşləri davam etdirib. “Onlar əslində bizə deyirlər ki, getməliyik və ya bura Azərbaycanın bir hissəsidir. Əslində, bu, tipik bir etnik təmizləmə əməliyyatıdır və indi bir çox mülki vətəndaşın öldüyü müharibədir” – R.Vardanyan sarsaqlayıb.

O bildirib ki, dünya Qarabağın taleyinə məhəl qoymur: “Rusiya susur və əslində bütün bu hərbi əməliyyata məhəl qoymur. Ancaq təkcə Rusiya deyil, dünya susur. Heç kim heç nə etmir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + eleven =