Vaşinqton: Döyüş meydanında bir idealogiyanı məhv etmək olmaz

Vaşinqton: Döyüş meydanında bir idealogiyanı məhv etmək olmaz

ABŞ Dövlət Departamentinin sözçüsü çərşənbə günü axşam Qəzzada sionist rejim və müqavimət qüvvələri arasında gedən döyüşə toxunaraq deyib: İdeya döyüş meydanında məhv edilə bilməz və Fələstin xalqının tələblərinə sonda müsbət cavab verilməlidir.

ABŞ Dövlət Departamentinin sözçüsü çərşənbə günü axşam saatlarında bildirib ki, İsrail ordusu yüksək hərbi potensiala malik təşkilatlarla üz-üzədir.

O, daha sonra deyib: “Müharibəyə son qoymaq dünya ilə paylaşdığımız bir məqsəddir və biz bu müharibənin zəruri olmadığı təqdirdə bir gün belə davam etməsini istəmirik.

 Bir ideya döyüş meydanında məhv edilə bilməz və müharibənin sonunda Fələstin xalqının tələblərinə müsbət cavab verilməlidir”.

İordaniyanın xarici işlər naziri Əyman Əs-Səfədi də bir neçə gün əvvəl vurğulamışdı ki, “İsrailin HƏMAS hərəkatını məhv etmək məqsədinə necə nail ola biləcəyini anlaya bilmirik, HƏMAS bir ideologiyadır və ideologiya silah gücü ilə məhv edilə bilməz”.

Fələstin İslami Müqavimət Hərəkatının siyasi ofisinin rəhbəri İsmayıl Həniyyə bu gün axşam (çərşənbə) vurğulayıb ki, HƏMAS və müqavimət qrupları olmadan Qəzzanın formalaşmasına dair istənilən şərtləşmələr illüziya və ilğımdır.

İsrail qüvvələrinin işğal olunmuş Qüds və İordan çayının qərb sahilində təcavüzünə cavab olaraq, Fələstin müqavimət qüvvələri “Əl-Əqsa tufanı” adı altında genişmiqyaslı əməliyyat keçirib və bu əməliyyat zamanı 1000-dən çox sionist öldürülüb.

Sionist ordu həmçinin Fələstin müqavimət qüvvələri ilə qarşıdurmada 444 əsgərini itirdiyini açıqlayıb. Lakin İsrailin “Haaretz” qəzeti bu yaxınlarda açıqlayıb ki, İsrail ordusunun itkilərin sayı ilə bağlı açıqladığı statistik məlumatlar doğru deyil və açıqlanan statistik rəqəmlər faktiki rəqəmdən xeyli aşağıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − 6 =