Vaşinqton və Nyu-Yorkda ABŞ və Britaniyanın Yəməndəki əməliyyatının əleyhinə aksiya keçirilir

Vaşinqton və Nyu-Yorkda ABŞ və Britaniyanın Yəməndəki əməliyyatının əleyhinə aksiya keçirilir

ABŞ-nin paytaxtı Vaşinqtonda Ağ evin qarşısında, həmçinin Nyu-Yorkda Tayms meydanında onlarla aktivist ABŞ-nin və Böyük Britaniyanın Yəməndəki hərbi əməliyyatlarının əleyhinə aksiya keçirir. Onların fikrincə, bu addım Qəzzadakı savaşın genişlənməsinə yol aça bilər.

Tayms meydanındakı fəallar “Yaxın Şərqdən əl çək”, “Yəməndən əl çək”, “Qəzzadan əl çək” şüarları səsləndirirlər. Fələstin bayrağı dalğalandıran Ağ evdəki nümayişçilər isə “Azad Fələstin” və “Yəməni bombalamağa son qoyun” şüarları ilə çıxış edirlər.

Xatırladaq ki, ABŞ və Böyük Britaniya Yəmənin şimalında hakimiyyətdə olan “Ənsar Allah” hərəkatının (husilər) obyektlərinə qarşı əməliyyata başlayıb. ABŞ-nin müdafiə naziri Lloyd Ostinin sözlərinə görə, silahlı qüvvələrin əsas hədəfi dron, raket, radar və müşahidə qurğularıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 5 =