Venesuela İsrailin Rəfah hücum etməsi barədə “cinayətkar” planını pisləyib
Venesuela hökuməti sionist rejimin Qəzza zolağında Rəfah bölgəsinə doğru hərbi hücumunu genişləndirmək planını pisləyib və bunu sözügedən bölgənin fələstinli sakinlərinə qarşı “cinayətkar” plan kimi qiymətləndirib.
Venesuela Xarici İşlər Naziri İvan Xel tərəfindən dərc edilən bəyanatda deyilir: Venesuela İsrailin Qəzza zolağında bu bölgənin cənubundakı Rəfaha qarşı hərbi hücumunu genişləndirmək kontekstində hərəkətlərini qətiyyətlə pisləyir.
O, vurğulayıb: Bu sionist planı 1 milyon 400 mindən çox fələstinli qaçqının məskunlaşdığı bu bölgədə İsrailin cinayətkar və genişlənmə siyasətinin həyata keçirilməsini davam etdirmək məqsədi daşıyır.
Rəsmi Karakas xəbərdarlıq edib: Bu “vəhşi” və “qeyri-insani” hərəkətlər nəticələrin və Qəzza zolağında insanların vəziyyətinin ağırlaşmasına səbəb olub və humanitar yardımların əldə edilməsinə mane olub.
Bu bəyanata görə, “Venesuela Fələstin xalqına qarşı məcburi köçürmə, soyqırım və aparteid siyasətini bir daha rədd edir və həmçinin dünya sülhünün təminatı kimi beynəlxalq qanunlara hörmət tələb edir”.