Vilayət Eyvazovdan yeni TƏYİNAT
![Vilayət Eyvazovdan yeni TƏYİNAT](https://sizinyol.org/wp-content/uploads/2022/05/11-10.jpg)
Daxili işlər orqanında kadr dəyişikliyi olub.
BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Şəhriyar Orucov Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsindən azad olunub.
O, həmin Baş İdarənin 4-cü Polis Bölməsinin rəis müavini təyin olunub.
BAKU.WS