«Vilayət səmasının müdafiəçiləri- 1402» hərbi təlimləri davam edir

«Vilayət səmasının müdafiəçiləri- 1402» hərbi təlimləri davam edir

«Vilayət səmasının müdafiəçiləri- 1402» adlı hava hücumundan müdafiə üzrə ixtisaslaşdırılmış birgə hərbi təlimlərin ikinci günündə hava hücumundan müdafiə sistemləri üzərində kiber və elektron hücumlarla mübarizə əməliyyatı uğurla məşq edilib.

«Vilayət səmasının müdafiəçiləri- 1402» hava hücumundan müdafiə üzrə birgə hərbi təlimlər yanvarın on səkkizində «Ya, Əli ibn Əbi-Talib(ə)!» rəmzi ilə İranın cənub-qərb, cənub və cənub-şərq bölgələrində başlanıb.

Bu hərbi təlimlərdə İran İslam Respublikası hərbi qüvvələrinin bacarıqları və silahları, o sıradan «Məcid» tipli aşağı hündürlüklü raket sistemləri və «Doqquz Dey» tipli qısamənzilli hava hücumundan müdafiə sistemi kimi yerli zenit sistemləri sınaqdan keçirilib və məşq edilib.

«Vilayət səmasının müdafiəçiləri- 1402» hərbi təlimlərinin sözçüsü- briqada generalı Abbas Fərəcpur deyib: Hava hücumundan müdafiə üzrə ixtisaslaşdırılmış birgə hərbi təlimlərin ikinci günündə hava hücumundan müdafiə sistemləri üzərində elektron və kiber hücumları ilə mübarizə əməliyyatı uğurla məşq edilib.

General Fərəcpur əlavə edib: «Vilayət səmasının müdafiəçiləri- 1402» hərbi təlimlərinin əsas mərhələlərinin keçirilməsinin davamında ordunun hava hücumundan müdafiə qüvvələri, Sepah-ın aerokosmik qüvvələri və ordunun aviasiya qüvvələrindən ibarət bölmələr Xatəmülənbiya(s.ə.s.) birgə hava hücumundan müdafiə qərargahının nəzarəti altında/ elektron hücumlarla mübarizə məqsədilə kiber və elektron müharibələrin müxtəlif üsul və metodlarını məşq ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × five =