Wall Street Journal: Husilər ticarət gəmilərinə 24 hücum həyata keçirib

Wall Street Journal: Husilər ticarət gəmilərinə 24 hücum həyata keçirib

The Wall Street Journal ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) istinadən xəbər verir: Keçən noyabrın ortalarından bəri husilər ticarət gəmilərinə qarşı 24 hücum həyata keçiriblər.

İRNA-nın məlumatına görə, Wall Street Journal amerikalı rəsmilərə istinad edərək əlavə edib: Amerika ordusu husilərlə mübarizə üçün bir neçə varianta malikdir.

Bu qəzet davam edib: Husilərin hədəflərinə hücum etmək çox çətindir, çünki onların silah sistemlərinin çoxu mobildir və sabit deyil.

Bununla əlaqədar olaraq, ABŞ Ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) bu gün səhər (çərşənbə) elan edib ki, Yəmən ordusu çərşənbə axşamı gecə Qırmızı dənizdə yeni əməliyyat keçirib.

Centcom Yəmən ordusunun Qırmızı dənizin cənubunda iki gəmi əleyhinə ballistik raket atdığını etiraf edib.

Centcom-un məlumatına görə, bu əməliyyatda heç bir ticarət gəmisi zərər görməyib.

Yəmən ordusu Fələstin xalqına dəstək olaraq sionist gəmiləri və işğal olunmuş ərazilərə gedən gəmiləri hədəf aldığını, lakin digər gəmilər üçün naviqasiyanın sərbəst və onların təhlükəsiz olduğunu elan edib.

Yəmən ordusu ötən həftələr ərzində Qəzza zolağında Fələstin xalqının müqavimətinə dəstək olaraq Qırmızı dəniz və Babəl-Məndəb boğazında bir neçə sionist gəmisini hədəfə alıb.

Yəmən ordusunun qüvvələri İsrail rejimi Qəzzəyə hücumlarını dayandırmayana qədər bu rejimin gəmilərinə və ya Qırmızı dənizdə işğal olunmuş ərazilərə gedən gəmilərə hücumlarını davam etdirəcəklərinə söz veriblər.

Birləşmiş Ştatlar Yəmən ordusunun Qırmızı dənizdəki əməliyyatlarına qarşı çıxmaq üçün dəniz koalisiyası yaratdığını iddia edir, lakin Fransa, İspaniya və İtaliya bundan çəkildiklərini təsdiq edərək, hərbi gəmilərini ABŞ komandanlığına verməkdən imtina ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 5 =