Washington Post: İsrail Qəzzanın şimalından geniş şəkildə geri çəkilməyə başlayıb
Amerika mediası Washington Post bu gün yüksək rütbəli bir amerikalı məmura istinadən yazıb: İsrail Qəzzanın şimalından geniş şəkildə geri çəkilməyə başlayıb.
Əl-Məyadin Amerika mətbuatı Washington Post-a istinadən çərşənbə axşamı yaydığı xəbərdə bildirib: İsrail Qəzza zolağının şimalından geniş şəkildə geri çəkilməsi çərçivəsində minlərlə əsgərini Qəzzadan çıxarıb.
“Washington Post” qəzeti bununla bağlı yüksək rütbəli amerikalı məmura istinadən yazıb: İsrail Qəzzada müharibəsinin növbəti mərhələsində əməliyyatları azaltmaq niyyəti barədə Vaşinqtonu məlumatlandırıb. Təl-Əviv Vaşinqtonu məlumatlandırıb ki, o, daha az əsgərə arxalanacaq və havadan bombardmanları azaldacaq.
Bu Amerika mediasının hesabatında daha sonra əlavə edilir: İsrail Vaşinqtona HƏMAS-ın liderlərini və imkanlarını aradan qaldırmaq üçün əraziyə xüsusi təyinatlıları yerləşdirəcəyini bildirmişdi. İsrailin əvvəlki vədləri baş tutmadı və ümid edirik ki, bu, qoşunların azaldılmasının əsl başlanğıcıdır.
Washington Post yüksək rütbəli bir amerikalı məmurdan sitat gətirib və əlavə edib: “Blinken” (ABŞ dövlət katibi) bu gün ardıcıl görüşlərdə İsrail hakimiyyətindən Hizbullahla hərtərəfli müharibədən çəkinməyi tələb edib. O, İsrail rəsmilərindən müharibə bitdikdən sonra Qəzzada baş verəcəkləri planlaşdırmaq barədə ciddi düşünmələrini istəyib.
Blinken Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, İordaniya və Türkiyə başçıları ilə keçirdiyi görüşlərə əsasən Qəzzanın gələcəyi ilə bağlı plan təqdim edib.
Sionist rejim ordusunun sözçüsü Daniel Haqari daha əvvəl Qəzza zolağında rejimin əməliyyatlarını dəyişdirdiyini iddia edərək, bu zolağındakı hücumların intensivliyinin azalacağını və rejimin hansı sahədə xüsusi əməliyyatlara əl atacağını demişdi.
Haqari “New York Times” qəzetinə verdiyi müsahibədə İsrail ordusunun Qəzza müharibəsinin başlanğıcındakı geniş miqyaslı hücumlardan fərqli olaraq daha kiçik qruplar şəklində qəfil hücumlara keçəcəyini iddia edib.