Washington Post: Qəzzada İsrailin əsas hədəfi xəstəxanalar olub

Washington Post: Qəzzada İsrailin əsas hədəfi xəstəxanalar olub

“The Washington Post” qəzeti İsrailin Qəzzadakı hərbi hücumların əsas hədəfinin xəstəxanalar olduğundan xəbər verir.

Təsnim İnformasiya Agentliyinin məlumatına görə, bu Amerika qəzeti bugünkü (21 may) sayında yazıb: İsrail HƏMAS-ın tibb mərkəzlərindən hərbi fəaliyyətlər üçün istifadə etdiyini bəhanə gətirərək Qəzzada xəstəxanaları əsas hədəfə çevirib.

Bu nəşrin məlumatına görə, məsələn, “Həyfa” hücumunda İsrail ordusunun sözçüsü hücumda hədəfin binanın daxilindəki hərbi qüvvələrə qarşı olduğunu desə də əsas məqsəd xəstəxana və tibb mərkəzləri olub.

      Washington Post iddia edir: İsrailin havadan və qurudan bombardmanları, eləcə də HƏMAS qüvvələrinin atdığı sursat onlara ziyan vurub. Media Qəzza zolağına daxil ola bilmədiyi üçün sursatın vurduğu ziyanın mənbəyini təsdiqləmək mümkün deyil.

“Washington Post” Qəzzə müharibəsi başlayandan bəri İsrail əsgərlərinin Qəzza zolağında xəstəxanaları hədəfə almaları barədə 90 etibarlı faktı qeydə aldığını da vurğulayıb.

Bu qəzetin məlumatına görə, Qəzza zolağındakı 36 xəstəxanadan 32-si bombardmanlar səbəbindən tamamilə yararsız vəziyyətdə düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 5 =