Xəstə iranlı uşaqlar dərman sanksiyaları səbəbindən ölürlər

Xəstə iranlı uşaqlar dərman sanksiyaları səbəbindən ölürlər

Ədliyyə naziri ABŞ və Qərb ölkələrinin İran İslam Respublikasına qarşı ədalətsiz sanksiyalarını pisləyərək deyib: “İranlı uşaqlar illərdir Amerika Birləşmiş Ştatları və müttəfiqləri tərəfindən müharibə, təcavüz və ədalətsiz sanksiyaların qurbanı olublar. Hər il xərçəng, talassemiya və ya kəpənək xəstəliyi kimi xəstəliklərdən əziyyət çəkən bir neçə iranlı uşaq sırf dərman tədarükü ilə bağlı ədalətsiz sanksiyalara görə dünyasını dəyişir.”

Uşaqlara qarşı zorakılığa son qoymaq üzrə beynəlxalq konfransda iştirak etmək üçün Kolumbiyaya səfər edən Əmin Hüseyn Rəhimi bu konfrans çərçivəsində BMT Baş katibinin uşaqlara qarşı zorakılıq məsələsi üzrə xüsusi nümayəndəsi Nəcat Mövla Məcid ilə görüşüb və müzakirə aparıb.

Ədliyyə naziri uşaqlara qarşı müxtəlif zorakılıq hallarının baş verməsindən təəssüfləndiyini bildirərək, bunun ən iyrənc formasını sionist rejimin Qəzzə və Livanda uşaqlara qarşı vəhşicəsinə hücumlarında müşahidə edildiyini vurğulayaraq deyib: “İran İslam Respublikası İsrailin qeyri-insani hərəkətlərini pisləyir və ümid edirik ki, Birləşmiş Millətlər Təşkilatı və digər ölkələrin səyləri ilə bu zorakılıqların dayandırılacağını, bu cinayətləri törədənlərin beynəlxalq səviyyədə ən qısa zamanda cəzalandırılmasını görəcəyik.”

Ədliyyə naziri UNICEF-in icraçı direktoru Ömər Əbdi ilə görüşdə uşaqların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ikitərəfli və beynəlxalq əməkdaşlığın inkişafını alqışlayaraq deyib: “Qondarma İsrail rejiminin Qəzzə və Livana vəhşicəsinə hücumları qətliama, köçkünlüyə, on minlərlə uşaq, qadın və günahsız insanın itkin düşməsinə səbəb olub və bu rəqəm hər gün artır. İran İslam Respublikasının bu bölgədə zərər çəkmiş uşaqlara dəstək vermək təklifi UNİCEF-də mərkəzləşmiş müştərək xüsusi dəstək fondunun yaradılması və zərərçəkənlərin iztirablarının azaldılmasıdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − eight =