Xəzərdə problemlə üzləşən Qazaxıstan gəmisinə Azərbaycan dənizçiləri kömək edib

Xəzərdə problemlə üzləşən Qazaxıstan gəmisinə Azərbaycan dənizçiləri kömək edib

8 fevral 2021-ci il tarixində Xəzər dənizində Qazaxıstanın “Kazmortransflot” Milli Dəniz Gəmiçiliyi şirkətinə məxsus “Turkestan” yük gəmisində tüstüləmə olub. Hadisə ilə bağlı “Turkestan”-nın heyət üzvləri yaxınlıqda üzən digər gəmilərdən yardım istəyib.

Trend xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Merkuri-1” gəmisinin dənizçiləri yanğından təhlükəsizlik sistemlərini hazır vəziyyətə gətirərək çağırışa reaksiya verib. Lakin “Turkestan” gəmisinin heyətinin operativ müdaxiləsi nəticəsində tüstülənmənin qarşısı alınıb.

Bundan sonra “Kazmortransflot” Milli Dəniz Gəmiçiliyi ASCO-ya “Turkestan” gəmisinin sahilə gətirilməsi üçün müraciət edib. Dərhal ASCO-ya məxsus “Yarenqa” yedək gəmisi hadisə yerinə göndərilib.

“Türkestan” gəmisi təhlükəsiz vəziyyətdə “Yarenqa” gəmisinin köməkliyi ilə 10 fevral tarixində sahilə gətirilib.

Qeyd edək ki, hadisə zamanı gəmi yüksüz olub. Heyət üzvləri isə özlərini yaxşı hiss edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 2 =