Xaçmazda münaqişə zamanı qadın qətlə yetirilib, həyat yoldaşı xəsarət alıb

Xaçmazda münaqişə zamanı qadın qətlə yetirilib, həyat yoldaşı xəsarət alıb

Sentyabrın 8-də saat 17:30 radələrində Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində 1980-ci il təvəllüdlü Turabova Aynurə Abdulla qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi və onun həyat yoldaşı 1982-ci il təvəllüdlü Turabov Şamil Mirzəbəy oğlunun xəsarətinin olması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan BAKU.WS-ə bildirilib ki, Ş.Turabov xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, cinayət hadisəsi tərəflər arasında olan münaqişə nəticəsində baş verib.

Araşdırma aparılır.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + four =