Xan Yunisdə 13 fələstinli şəhid olub

Xan Yunisdə 13 fələstinli şəhid olub

Xəbər mənbələri Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində 13 Fələstin vətəndaşının şəhid olduğunu bildirib.

İRNA-nın cümə axşamı Fələstin Əl-Yəvm-ə istinadən verdiyi xəbərə görə, Əl-Cəzirənin müxbiri bu gün günortadan sonra elan edib: Xan Yunis şəhərinin mərkəzinin artelereya atəşə tutulması nəticəsində 13 Fələstin vətəndaşı şəhid olub, onlarla insan yaralanıb.

Digər tərəfdən, Avropa-Aralıq dənizi İnsan Haqları Müşahidə Təşkilatı bildirib: Sionist rejimin hücumları nəticəsində şəhid olanların dəfn edilməsi üçün Qəzza zolağının müxtəlif bölgələrində 120-dən çox kütləvi məzarlığın olduğu müəyyən edilib.

Bu beynəlxalq mərkəz elan edib: Qəzza zolağındakı fələstinlilər yaşayış məntəqələrində, evlərdə, yol kənarlarında və idman zallarında kütləvi məzarlıqlar yaradıblar, çünki onların rəsmi qəbiristanlıqlara girişi mümkün olmayıb.

Bu təşkilat əlavə edib: Eyni ailənin 3 və ya daha çox üzvünün dəfn olunduğu 120-dən çox kütləvi məzarlığı müəyyən olunub.

Digər tərəfdən, Fələstinli Qaçqınlara Yardım Təşkilatının (UNRWA) rəhbəri deyib: Bu qurumun Qəzza zolağına yardım göstərmək qabiliyyəti sona çatır və məhv olur, çünki İsrailin hücumları davam edir və bu müddət ərzində bu bölgədə 130-dan çox işçimiz şəhid olub.

Bu gün günorta saatlarında Əl-Məyadin müxbiri son 5 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrində 100 fələstinlinin şəhid olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + 6 =