Xan Yunisdə 19 sionist əsgər öldürülüb

Xan Yunisdə 19 sionist əsgər öldürülüb

İzzəddin Əl-Qəssam döyüşçüləri Xan Yunisdə iki ayrı əməliyyatda 19 işğalçı İsrail əsgərini hədəfə alıb.

İzzəddin Əl-Qəssam müqavimət qrupu (Həmas qolu) bu gün (bazar ertəsi) Xan Yunisin şərqindəki “Əbsanəl-Kəbirə” bölgəsində İsrail əsgərlərinə ağır itkilər verib.

İzzəddin Əl-Qəssam öz Teleqram kanalında yazıb: “Mücahid əl-Qəssam Xan Yunisin şərqində bir evin içərisində piyada əleyhinə silahla 15 nəfərlik İsrail əsgərini hədəfə alıb.”

İzzəddin Əl-Qəssam başqa bir yazısında eyni bölgədə daha 4 əsgəri uzaq məsafədən hədəf aldığını və onların hamısının öldürüldüyünü açıqlayıb.

Bu müqavimət qrupuna görə, Merkava tankı da Yasin 105 raketi ilə hədəfə alınıb.

Ölən və yaralanan əsgərlərin sayının açıqlanması İsrail ordusunun real statistikanı açıqlamaqdan imtina etdiyi və onları az sayda mediaya təqdim etdiyi bir vaxta təsadüf edir.

Bununla əlaqədar olaraq, işğalçı rejim ordusu dünən günorta (bazar günü) “Givati” briqadasından bir əsgərin öldüyünü açıqlayıb ki, Qəzza müharibəsi başlayandan bəri işğalçı ordunun açıqladığı ölüm sayı 579-a çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 13 =