Xan Yunisdə Fələstin müqaviməti ilə sionist qüvvələr arasında qarşıdurma yenilənib

Xan Yunisdə Fələstin müqaviməti ilə sionist qüvvələr arasında qarşıdurma yenilənib

Fələstin müqavimət qüvvələri ilə sionist rejim hərbçiləri Qəzza zolağının cənubunda yerləşən Xan Yunisin şərqində yenidən toqquşub və nəticədə iki sionist öldürülüb.

Xəbər mənbələri Qəzza zolağının cənubunda yerləşən Xan Yunisin şərqində Fələstin müqaviməti ilə sionist rejim qüvvələri arasında toqquşmaların yenidən başlanmasını bildirir. Bu ərazidən də bir neçə partlayış səsi eşidilib.

Fələstin İslami Cihad hərəkatının hərbi qanadı olan Sərayəl-Qüds zireh əleyhinə raketlə sionist hərbi maşını hədəf aldığını açıqlayıb.

Səma xəbər agentliyinin məlumatına görə, bu Fələstin müqavimət qrupu daha sonra birbaşa qarşıdurmada iki İsrail əsgərini öldürməyə müvəffəq olduğunu və münaqişələrin Qəzzanın şərqindəki Əş-Şücaiyyədə baş verdiyini bildirib.

Sərayəl-Qüds də bəyanat yayımlayaraq vurğulayıb: Biz 60 minaatandan ibarət hücumla Xan Yunisin şimal-şərqində (Qəzzə zolağının cənubunda) 5-ci küçədə düşmən mövqelərini hədəf aldıq.

Sərayəl-Qüds mücahidləri də Cəbəliyə düşərgəsində tandem raketləri ilə (RPQ 29) iki sionist tankını hədəfə alıb və yüngül silahlarla düşmənlə şiddətli döyüşə başlayıb.

Dünən İsrail ordusu bəyanat yayaraq Qəzza zolağında müharibə başlayandan bu yana 425 İsrail əsgərinin həlak olduğunu, 1593 əsgərin isə yaralandığını açıqlayıb.

Sionist ordunun bəyanatına əsasən, yaralanan əsgərlərdən 255-i hazırda kritik vəziyyətdədir və orduda yaralıların hazırkı sayı 5 mini keçib.

Qəzzanın Səhiyyə Nazirliyi bazar ertəsi günortadan sonra İsrail rejiminin təcavüzü nəticəsində Qəzzada şəhid olanların sayının oktyabrın 7-dən bu yana 18 205 nəfərə yüksəldiyini açıqlayıb.

Şahab xəbər agentliyi bu Fələstin təşkilatına istinadən xəbər verir ki, sionistlərin hücumları zamanı 49 min 645 nəfər yaralanıb.

Qəzza Səhiyyə Nazirliyinin sözçüsü dünən axşam saatlarında bildirib ki, son 24 saat ərzində 297 fələstinli şəhid olub, 550-dən çox insan isə yaralanıb.

Həmçinin, Qəzza müharibəsi başlayandan (7 oktyabr) indiyədək 18 minə yaxın fələstinli şəhid olub, 49 min 500 nəfər isə yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + 2 =