Xan Yunusda gərgin döyüşlər gedir

Xan Yunusda gərgin döyüşlər gedir

İnformasiya qaynaqları Xan Yunusda Fələstin müqaviməti ilə sionist rejim hərbçiləri arasında gərgin döyüşlərdən xəbər verirlər.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, sionist rejim ordusu bu gün səhər (6 yanvar)  Xan Yunus və İordan çayı qərb sahillərində yürüşlər keçirdiyi üçün Fələstin müqavimət dəstələri onlarla qarşıdurmaya məcbur qalıb.

Məlumata görə Qəzzə zolağının mərkəzi sayılan Deyrul Bəlh məntəqəsində evlər bombardman edilib və indiyə qədər 10 nəfərin şəhid olduğu deyilir. Əl Əqsa Şəhidləri xəstəxanası rəsmilərinin dediyinə görə şəhidlərin sayının artma ehtimalı var.

Sionist rejim ordusu bu gün (6 yanvar) Qəzzə zolağından bombardmanlara eynni zamanda Nablos və qilqilyyəyə də basqınlar edib və məlumata görə bir nəfər yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − six =