Xankəndidə dəhşətli partlayışı kimlər törədib? – ŞOK PLAN/VİDEO

Xankəndidə dəhşətli partlayışı kimlər törədib? – ŞOK PLAN/VİDEO



Burada əsas diqqət çəkən məqam partlayışdan sonra Qarabağın hava məkanının açılması, yaralıların helikopterlərlə Ermənistana daşınması fikirlərinin gündəmə gəlməsidir. Bu fikirlər Ermənistanda bəzi dairələr, xüsusilə radikal çevrələrdə təmsil olunanlar və Xankəndində təslim olmağa hazırlaşan separatçılar tərəfindən irəli sürülür. Və bu, partlayışla bağlı müəyyən şübhələrə də yol açır.

Əgər partlayış hazırlanmış təxribatın nəticəsidirsə, bunu hava məkanının açılmasını istəyənlər edə bilər. Hava məkanının açılmasında ən çox maraqlı olanlar isə separatçılardır, həm keçmiş, həm hazırki “rəhbərlər”.

– keçmiş “rəhbərləri” təhvil-təslim prosesinin sonunda həbs edilmək təhlükəsi ilə yaşayır: onlar Laçın yolundan çıxmağa risk etmədikləri üçün helikopterlə getməkdə maraqlıdır;
– hazırki “rəhbərlər”in əsas missiyası isə Azərbaycanın əlinə keçməsini istəmədikləri sənədləri, yaxud hansısa daşına bilən əşyaları “təhlükəsiz” şəraitdə bölgədən çıxarmaq ola bilər;

Bu baxımdan, partlayışın arxasında separatçıların dayanması versiyası istisna edilməməlidir. Onlar üçün insan ölümünün o qədər də əhəmiyyətli olmadığı işğal dövründən bəllidir.

Benzin çəninin dolu olub-olmaması da hadisə ilə bağlı ehtimalların yönünü dəyişə bilər, əgər çən dolu olubsa, bu partlayış ermənilərin Ermənistana getməsini səngidəcək. Çünki yanacaq problemi var idi, Yevlax görüşündə də Azərbaycanın mərkəzi hakimiyyətindən yanacaq istəmişdilər və bununla bağlı dəstək aldılar. Ermənilərin Ermənistana daşınması əsasən nəqliyyat vasitələri ilə həyata keçirilir, bu baxımdan, partlayan yanacaq çəni dolu olubsa, bu, nəqliyyatın hərəkətində problemlər yaradacaq. Ermənilərin kütləvi getməsini istəməyənlər də partlayışıda maraqlı ola bilər.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + seventeen =