Xarici İşlər: İranın cavab hüququ var

Xarici İşlər: İranın cavab hüququ var

İran XİN sözçüsü Avropa İttifaqının bəzi İran rəsmiləri və qurumlarına qarşı yeni sanksiyalar tətbiq etməsini qətiyyətlə pisləyib.

İRNA-nın məlumatına görə, Nasir Kənani bu gün (32 may) deyib: Qəzza və Fələstində baş verən humanitar fəlakətlə mübarizədə passiv və qeyri-fəal olan, bütün dünya xalqları tərəfindən tənqidlərə məruz qalan Avropa Birliyi bir daha sionist rejimin hərbi cinayətlərinə fokuslanıb onlara sanksiya tətbiq etmək əvəzinə, terrorçuluqla mübarizə aparan təsirli İran rəsmiləri və qurumlara sanksiya siyahısına daxil ediblər.

Nasir Kənani həmçinin deyib: Avropa İttifaqının təkrar, absurd və əsassız bəhanə və ittihamlara əl ataraq, Qərbi Asiyada reallıqlara məhəl qoymadan, uğursuz və təsirsiz yanaşmasını davam etdirərək, bir daha köhnə və təsirsiz vasitələrdən istifadə edir. Onların İran əleyhinə sanksiyalara üstünlük verməklə ABŞ-ın razılığını qazanmağı üstün tutması təəssüfləndirici haldır.

Xarici İşlər Nazirliyinin sözçüsü İran İslam Respublikasının xüsusilə regional və beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsində prinsipial siyasətlərinin davamlılığını vurğulayaraq, Avropa Birliyinin ikili davranışını kəskin tənqid edərək deyib: İran İslam Respublikası Avropa Birliyinin bu təxribatçı mövqeyinə cavab vermək hüququ var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 13 =