Xarici İşlər naziri ölkəmizin Livandakı səfirini ziyarət edib

Xarici İşlər naziri ölkəmizin Livandakı səfirini ziyarət edib

İran Xarici İşlər naziri sionist rejimin terror hücumunda yaralanan İran İslam Respublikasının Livandakı səfiri Müctəba Əmanini ziyarət edib.

İRNA-nın xarici siyasət üzrə məlumatına görə, Xarici İşlər naziri Seyid Abbas Əraqçi bu gün (cümə axşamı) sionist rejimin terror hücumu nəticəsində yaralanan İran İslam Respublikasının Livandakı səfiri Müctəba Əmanini Tehrandakı xəstəxanalardan birində ziyarət edib və onun həkimi Seyid Həsən Qazizadə Haşimi ilə söhbət edib.

Bu görüşdə Müctəba Əmani İran İslam Respublikası Xarici İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və Qırmızı Aypara Cəmiyyətinin çoxlu sayda yaralının ölkə xəstəxanalarına köçürülməsi istiqamətində sürətli addımlarını yüksək qiymətləndirərək, terror aktı və onun əhatə dairəsi ilə bağlı məlumat verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × four =