XƏBƏRDARLIQ: Görünməmiş hadisələr olacaq

XƏBƏRDARLIQ: Görünməmiş hadisələr olacaq

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, Şərqi Aralıq dənizi və Yaxın Şərq yaxın gələcəkdə görünməmiş ekstremal hava hadisələri ilə sarsılacaq. Türkiyə də daxil olmaqla, region ölkələrində qarşıdakı illərdə isti dalğaları, quraqlıq, toz fırtınaları və həddindən artıq yağış kimi böhranlar yaşanacaq.

Bölgədə bu əsrin sonuna qədər temperaturun normadan çox artacağı, xüsusilə yay aylarında görünməmiş yandırıcı istilərin yaşanacağı təxmin edilir.

“Reviews of Geophysics” elmi jurnalında dərc edilən araşdırmada, lazımi tədbirlər dərhal alınmazsa, Şərqi Aralıq dənizi və Yaxın Şərqin çox ciddi bir iqlim böhranının təsiri altına düşəcəyi bildirilib.

Araşdırmalara görə, yağıntının miqdarının azalması ilə bölgə çox ciddi su və qida böhranı yaşayacaq, bütün iqtisadi sektorlar böhrandan təsirlənəcək və bölgədə yaşayan 400 milyon insan çox dağıdıcı təsirlərlə üzləşəcək. Suyun səviyyəsi artdıqca, sahilyanı ərazilər və əkinçilik sahələri bir çox yerlərdə yox olacaq.

Türkiyə ilə yanaşı Yunanıstan, Qətər, Suriya və Səudiyyə Ərəbistanı da iqlim böhranından zərər çəkəcək ölkələr sırasına daxil edilib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 4 =