XİN-nin mətbuat katibi: İran artıq BRİKS-in tamhüquqlu üzvü hesab olunur

XİN-nin mətbuat katibi:  İran artıq BRİKS-in tamhüquqlu üzvü hesab olunur

 Xarici İşlər Nazirliyini mətbuat katibi deyib: BRİKS yeni üzvlərin əlavə edilməsi ilə daha çox çəki qazanıb. Biz həmişə BRİKS qrupunun imkanlarına diqqət yetirmişik. Bu qrup İrana çoxtərəfli imkanlar verir. İranın beynəlxalq aləmdə yerinin yüksəldilməsinin nəticələrindən biri də BRİKS-ə üzv olmasıdır.

İRNA-nın xarici siyasət sahəsi üzrə müxbirinin verdiyi məlumata görə, XİN-nin mətbuat katibi Nasir Kənani jurnalistlərlə keçirdiyi həftəlik mətbuat konfransında Hacı Qasım Süleymaninin xatirəsini ehtiramla yad edərək deyib: “Müqavimət təfəkkürü hər gün yeni güc alır. Şəhid Süleymani uzun illər müqavimət təfəkkürü üçün çox təlaş göstərib.”

N. Kənani həmçinin bu yaxınlarda sionist rejim tərəfindən şəhid edilmiş Seyid Rəzi Musəvinin də xatirəsini uca tutaraq cinayətkar rejimin bu hərəkətini bir daha pisləyib və müqavimət qüvvələrinin gücünün hər zamankından daha artıq olduğunu vurğulayıb.

Yeni miladi ilinin gəlişi münasibətilə İran xristianlarını təbrik edən Kənani deyib ki, bu il dünya xalqları yeni milad ilini İsa Məsihin doğulduğu yerdə sionist rejim tərəfindən mislisiz cinayərlərin törədildiyi bir vaxtda qarşılayırlar və həzrət İsanın ardıcıllarından çoxu Qəzza əhalisi ilə həmrəylik göstərərək yeni il şənliyi keçirmədilər.

O, əlavə edib: “Beynəlxalq ictimaiyyət Fələstin xalqını dəstəkləməkdə öz mənəvi və insani vəzifələrini yerinə yetirməlidir və sionist rejimin cinayətlərinə son qoyulması üçün dünya xalqlarının gözləntilərini həyata keçirməlidir.”

Şəhid Süleymaninin terror edilməsi işinin hüquqi təqibi

Şəhid Qasim Süleymanin şəhadətinin ildönümünə toxunan mətbuat katibi qeyd edib ki, ABŞ rejiminin şəhid Süleymaniyə qarşı terror cinayətini ciddi şəkildə izləyirik və bu məsələnin izlənməsi heç vaxt öz ciddiliyini itirməyəcək.

Bu mövzuda indiyə qədər görülmüş hüquqi işləri sadalayan Kənani bunun beynəlxalq məsələ olduğunu, lakin Amerikanın bu məsələdə öz nüfuzundan sui-istifadə edərək beynəlxalq məhkəmələrə təsir qoyduğunu vurğulayaraq deyib: “Şəhid Süleymani beynəlxalq səviyyədə dəstəklənən şəxslərdən biri idi və rəsmi dəvətlə İraqa səfər etmişdi və onun statusu beynəlxalq konvensiyaların müddəalarına tabedir.” 

BAEA siyasi yox, peşəkar fəaliyyət göstərməlidir

Atom Enerjisi Agentliyinin İranın nüvə fəaliyyətlərini sürətləndirmək iddiasına toxunan Kənani İranın təhlükəsizlik tədbirləri çərçivəsində bütün öhdəliklərinə əməl etdiyini bildirərək deyib: “Yeni iddialar irəli sürmək konstruktiv deyil, çünki İranın fəaliyyəti dinc xarakter daşıyır və nəzarət altındadır. Agentlik və onun Baş direktorundan gözlənti budur ki, peşəkar hərəkətlərə əməl etsin və siyasi addımlardan uzaq dayansın.”

Sionist rejim böhranı bölgəyə yaymağa cəhd edir

Sionist rejimin Suriya ərazisinə hava və raket hücumu ilə bağlı danışan XİN sözçüsü bu hərəkətləri beynəlxalq qanunlara zidd və Suriyanın suverenliyinin və ərazi bütövlüyünün pozulması adlandıraraq deyib: “Sionist rejimin bölgədə təhlükəsizliyin yayılmasına cəhd etməklə daxili böhranlarını işğal olunmuş ərazilərin hüdudlarından kənara da yaymaq vərdişi var. Təhlükəsizlik Şurası sionist rejimin bu quldur hərəkəti qarşısında vəzifəsini yerinə yetirməlidir.”

İranın Rusiya və Çinlə əlaqələri inkişaf edir

Rusiya və Çinlə münasibətlərlə bağlı sualı cavablandıran XİN-nin mətbuat katibi deyib: “İran və Rusiya münasibətləri qonşuluq siyasəti çərçivəsindədir və biz müxtəlif sahələrdə ikitərəfli əlaqələrin genişlənməsinin şahidi oluruq. Bu əlaqələr inkişaf edəcək.” 
Kənani bunu da qeyd edib ki, müxtəlif sahələrdə münasibətlərin genişlənməsi iki ölkənin bütün beynəlxalq məsələlərdə fikir birliyi mənasına gəlmir və hər ölkə öz maraqlarına uyğun hərəkət edir.
“İranın üç adası ilə bağlı biz öz aydın mövqeyimizi bəyan etmişik. Ona görə də iki ölkə arasında inkişaf edən münasibətlər mübahisəli işlərdə öz mövqeyimizi bildirməyə mane olmur” – deyə, o, vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen + 9 =