Xirosima və Naqasakidən danışdı: Nə üzr istədi, nə də…
Publika.az “Lenta.ru”ya istinadən xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken Xirosima və Naqasakinin dağıdılmasını şərh edərkən partlayışa görə üzr istəməyib.
Siyasətçi aydınlaşdırıb ki, G7 ölkələri daha təhlükəsiz dünya qurmaq üçün tərksilah səylərini artırmağa sadiq qalırlar. “Buna Naqasaki ilə birlikdə 1945-ci ildə atom bombası atılması nəticəsində Yaponiya xalqının məruz qaldığı misli görünməmiş dağıntıların və böyük insan iztirablarının güclü xatırladıcısı olan Xirosima görüşündə də ən yüksək səviyyədə toxunulacaq”, o vurğulayıb.
Qeyd edilir ki, Blinken çıxışında Yaponiya şəhərlərini kimin bombaladığını deməyib və üzrxahlıq etməyib.
Publika.az