Xızıda 14-cü əsrə aid məscid aşkarlandı -Video

Xızıda 14-cü əsrə aid məscid aşkarlandı -Video

Xızıda, şəhər mərkəzindən xeyli aralıda, dağlıq ərazidə qədim tikili aşkarlanıb.

Xızı rayonunun Fındığan kəndindən 4-5 kilometr uzaqlıqda olan bir məsafədədyik. Dəniz səviyyəsindən 1000 metrə yaxın bir hündürlükdəyik. Burada qədim tikili aşkarlanıb. Ehtimal olunur ki, dini təyinatlı hər hansı bir obyekt olub.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional idarəsinin Xızı rayonu üzrə Baş mütəxəssisi Tural Babayev bildirir ki, ərazidə məscid yeri aşkar olunub: “Gördüyünüz bu ərazi 30-40 hektara yaxın ərazini əhatə edir. Burada aşkar olunan tikililər, kaputellər yəni sütun altlıqları bizə ehtimal etməyə əsas verir ki, bu ərazi çox qədim ərazidir. Qədim yaşayış məntəqəsidir. Aşağı hissədən başlayaraq, yəni şimaldan ta yuxarıya doğru, Sərəkə adlanan əraziyə qədər geniş bir ərazini əhatə edir. Ərazidə çoxlu tikililər var. Eyni zamanda da məscid yeri aşkar olunub. Yazılı məzar daşları var.”

Daş kitabəyə inansaq, Məscid XIV əsrdə inşa olub.

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri İdris Əliyev tarixi tapıntının mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “Deyə bilərəm ki, bu abidə haqqında ilk dəfə məlumatı 30-cu illərdə Yegnei Paxomov vermişdir. Bu ərazidə gəzmiş burada olan abidə haqqında yazmışdır. Onun yazdığına görə, məscid olmuşdur, bu möhtəşəm bir məscid kompleksidir. Bu çox möhtəşəm bir binadır. Alim ona məscid demişdir. Burada tapılan epiqrafik yazı təsdiq edir ki, bu həqiqətən də məsciddir. XIV əsrə aid olan bir məsciddir. Vaxtı ikən orada biz də olmuşuq. Orada olan daş sütunların birisi Şabran şəhər Muzeyində saxlanılır. Sərəkur deyilən yer tədqiqat üçün maraqlı bir yerdir. Abidə qorunmalıdır, tədqiq olunmalıdır”.

Qeyd edək ki, yaxın vaxtlarda arxeoloqların iştirakı ilə ərazidə geniş tədqiqat işlərinin aparılması nəzərdə tutulur.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − twelve =