XVIII əsrə aid abidə nə vaxt təmir olunacaq?-Video

XVIII əsrə aid abidə nə vaxt təmir olunacaq?-Video

Lənkəran şəhərində yerləşən Dairəvi qalanın (Zindan qala) restavrasiyası zamanı dam örtüyünə dəmir şifer vurulub. Bu xəbər insanlar tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri tarixi tikilinin damına dəmir şiferin vurulmasını sərt tənqid ediblər.

Lakin çəkiliş zamanı nəddənsə yerli sakinlər bu barədə danışmaq istəmədi. Zindan Qala kimi də tanınan tarixi abidə sanki zindana çevrilib və hamının üzünə qıfıllanıb. Əldə etdiyimiz məlumata görə qaladakı hazırkı görüntü müvəqqəti xarakter daşıyır. Qala divarlarının tikintisində istifadə olunan dağılmış kərpiclər sifariş olunub. Kərpiclər hazır olduqdan sonra qalada təmir – bərpa işləri davam edəcək.

Məlumat üçün deyək ki, iyulun 14 – də Mədəniyyət Naziri Adil Kərimlinin Lənkəran rayonuna səfəri nəzərdə tutulub. Səfər çərçivəsində sözügedən tarixi abidədəki vəziyyətlə tanışlıq gözlənilir. Qeyd edək ki, Dairəvi Qalanın tikilmə tarixi XVIII əsrə aid edilir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × one =