Yəhya Səri: “Ummur-Rəşraş”i ballistik raketlərlə hədəfə aldıq

Yəhya Səri: “Ummur-Rəşraş”i ballistik raketlərlə hədəfə aldıq

Yəmən silahlı qüvvələrinin sözçüsü bəyan edib ki, Yəmən silahlı qüvvələrinin raket bölmələri Eylatın Ummur-Rəşraş bölgəsində sionist rejimin hərbi hədəflərini ballistik raketlərlə hədəfə alıb.

Mehr Xəbər Agentliyinin Əl-Məsirə-yə istinadən verdiyi məlumata görə, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri Yəmən Silahlı Qüvvələrinin raket bölmələrinin Ummul-Rəşraş bölgəsində sionist rejimin hərbi hədəflərini hədəfə aldığını açıqlayıb.

O, əlavə edib: Yəmən qüvvələri İsrail gəmilərinin Ərəb dənizi və Qırmızı dənizdən keçməsinin qarşısını almaq üçün öz fəaliyyətlərini davam etdirəcəklər.

Yəhya Səri deyib: Qəzzada qardaşlarımıza qarşı müharibə dayanana qədər məzlum Fələstin xalqına dəstək üçün əməliyyatımız davam edəcək.

Bu, bir neçə saat əvvəl ibrani mənbələrinin işğal olunmuş ərazilərdəki Eylatda həyəcan siqnalının eşidildiyini və bunun ardınca bir neçə partlayışın baş verdiyini bildirdiyi vaxtda baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + 17 =