“Yəhya Sinvar hələ də müharibədən qalib çıxacağını düşünür” – “The Wall Street Journal”

“Yəhya Sinvar hələ də müharibədən qalib çıxacağını düşünür” – “The Wall Street Journal”

“İntensiv döyüş əməliyyatlarından beş aya yaxın zaman keçməsinə rəğmən, İsrail bəyan etdiyi hərbi məqsədlərindən hələ də uzaqdır…”

“Dərinləşən humanitar böhran və Qəzza bölgəsində dağıntıların miqyası İsrailin bütün dünya ölkələri, o cümlədən onun ən yaxın müttəfiqi ABŞ-la münasibətlərini son dərəcə kəskinləşdirib…”

Ağır hərbi itkilərə rəğmən, HƏMAS-ın Qəzza bölgəsindəki lideri Yəhya Sinvar təşkilatın xaricdəki hakim zümrəsini onun vəziyyətə nazərət etməsinə və İsrail Müdafiə Ordusu qarşısında tab gətirəcəyinə inandırmaq istəyir.

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street Journal” qəzeti öz mənbələrinə istinadən yazıb.

Nəşr Sinvarın yoxa çıxmasından narahat olan HƏMAS rəhbərliyinin Qətərdəki nümayəndələri ondan aldığı məlumatda Sinvarın öz əlaltılarını əmin etdiyini təsvir edir : “Narahat olmayın, israillilər bizim istədiyimiz yerdədir”.

İsrail Müdafiə Ordusunun dəyərləndirməsinə görə, təxminən 12 min itkisi olan dağıdılmış Qəzza bölgəsindən nikbin məlumat verərək, HƏMAS-ın döyüşən qanadının (“İzzəddin əl-Qasım briqadaları”) özünü yaxşı hiss etməsi və İsrailin Rafaha gözlənilən hücumuna hazır olması barədə raport verir.

Doxada görüşdən məlumatlı olan adamların sözlərinə görə, Sinvar siyasi qələbəyə nail olmağa stavka edir.

O, Fələstin anklavında mülki əhali arasında itkilərin yüksək olması İsrailə beynəlxalq təzyiqi gücləndirməsinə və yəhudi dövlətini müharibəni dayandıracağına, sonra isə onu HƏMAS-ın şərtlərilə aparılmasına bel bağlayır.

Nəşrin fikrincə, Sinvar hələ də müharibənin HƏMAS-ın qələbəsi ilə başa çatacağına, bunun da təşkilata Fələstin milli hərəkatında liderlik hüququnu bəyan etməsinə imkan verəcəyinə ümid edir.

Noyabr ayında qısamüddətli atəşkəsdən sonra Sinvarın qardaşı Məhəmmədin rəhbərlik etdiyi yaraqlılar taktikasını xeyli dəyişib. İndi onlar iri atışmalardan yan keçməyə, bunun əvəzinə müxtəlif alətlərdən, reaktiv qumbaralardan girovların səs yazılarınadək istifadə etməklə İsrail hərbçilərini tələyə salmağa səy göstərir.

Qəzet ekspertlərinin dəyərləndirmələrinə görə, belə pusquların İsrailin zirehli texnikasının təzyiqi qarşısında tab gətirmək şansları azdır, lakin onlar HƏMAS-ın məhdud imkanlarına və Sinvarın hərbi hədəflərinə uyğunlaşıb.

İsrail Müdafiə Ordusunda bir çoxları döyüş meydanında qazanılan taktiki qələbələrin tam strateji qələbəyə zəmanət verməyəcəyindən narahatdır.

Bu gün, intensiv döyüş əməliyyatlarından beş aya yaxın zaman keçməsinə rəğmən, İsrail bəyan etdiyi hərbi məqsədlərindən, HƏMAS-ın həm hərbi, həm də siyasi cəhətdən məhv edilməsindən hələ də uzaqdır.

İsrail baş naziri Binyamin Netanyahu mütəmadi olaraq radikal İslam qruplaşmasını məhv edəcək “tam qələbəni” vəd edir.

Nəşrin dəyərləndirməsinə görə,  İsrail hərbçiləri öz missiyasına daha ehtiyatlı yanaşır, bu da HƏMAS-ın imkanlarını elə səviyyəyədək aşağı salmağı düşünür ki, qruplaşma daha heç vaxt oktyabrın 7-də olduğu kimi hücum törədə bilməsin.

HƏMAS-ın Qəzzadakı liderləri danışıqlarda Misir vasitəçilərinə, habelə qruplaşmanın xaricdəki qanadına məlumat verib ki, “İzzəddin əl-Qasım” briqadaları müharibənin əvvəlində 30 min yaraqlıdan ən azı 6 min nəfərin qətlə yetirildiyi barədə məlumat verib. 

İsrail bəyan edir ki, hazırda Qəzza bölgəsində təxminən 12 min yaraqlı, min nəfər isə oktyabrın 7-də İsrailin döyüş əməliyyatları zamanı məhv edilib.

ABŞ və Misir kəşfiyyatı güman edir ki, həqiqi itkilər İsrail və HƏMAS-ın iddia etdiklərinin təxminən ortasındadır. 

Hərbi analitiklər hesab edir ki, HƏMAS aradan götürülən liderlərini əvəz edə bilər, lakin təcrübəli komandirləri əvəzləmək daha çətindir.

Lakin dərinləşən humanitar böhran və Qəzza bölgəsində dağıntıların miqyası İsrailin bütün dünya ölkələri ilə, o cümlədən onun ən yaxın müttəfiqi ABŞ-la münasibətlərini son dərəcə kəskinləşdirib.

ABŞ prezidenti Co Bayden bu yaxınlarda İsrailin istifadə etdiyi atəş gücünü “həddən artıq” adlandırıb. ABŞ atəşkəsə təkid edir, Bayden isə bu günlərdə döyüş əməliyyatlarının dayandırılması və girovların azad edilməsi ilə bağlı sazişin əldə ediləcəyi ilə əlaqədar nikbinliyini ifadə edib.

Bu zaman həm İsrail, həm də HƏMAS bəyan edir ki, danışıqlarda onların mövqeləri bir-birindən hələ də uzaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 1 =