Yəmənə hücum Qərbin bölgədəki oyununun davamıdır – TƏHLİL

Yəmənə hücum Qərbin bölgədəki oyununun davamıdır – TƏHLİL

ABŞ-ın BMT TŞ-ə təklif etdiyi qətnamə layihəsinin təsdiqindən bir gün sonra Vaşinqton Yəməni hədəfə alıb.

Amerika keçmişdə İraq və Əfqanıstanda olduğu kimi ölkələrə etdiyi hücumların icraçısı olaraq bu dəfə də təcavüzünü qanuniləşdirmək üçün Kanada, Bəhreyn, Hollandiya və Avstraliya kimi bəzi ölkələri hücumlarına cəlb edib.

ABŞ və Qərbin Yəmənə qarşı yeni hücumları Ənsarullahın Qırmızı Dənizdəki gəmilərə hücumları bəhanəsi ilə həyata keçirilir, yəmənlilər isə dəfələrlə Fələstin xalqına dəstək və bu hücumların sona çatması üçün yalnız İsrail gəmiləri və İşğal altındakı Fələstin limanlarına gedən gəmiləri hədəfə alırlar.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Amerika və İngiltərənin Yəmənə qarşı hücumlarını pisləyib və bu təcavüzü özbaşına hərəkət və Yəmənin suverenliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulması adlandırıb.

İran İslam Respublikasının nöqteyi-nəzərindən Yəmənə hücum ABŞ və Qərbin sionist rejimin Fələstin xalqına qarşı hərbi cinayətlərini dəstəkləmək anlamına gəlir. Lakin Yəmənə qarşı özbaşına hücumların regionda qeyri-sabitliyi artırmaqdan başqa bir nəticəsi olmayacaq.

Əslində Amerika və İngiltərə sionist rejimə dəstək çətirini genişləndirməklə dünya xalqlarının diqqətini bu saxta, cinayətkar və təcavüzkar rejimin Fələstin xalqına qarşı cinayətlərindən yayındırmağa çalışırlar.

Görünən odur ki, ABŞ və İngiltərə son illərdə regionda, xüsusilə Əfqanıstan və İraqda həyata keçirdikləri səmərəsiz hücum və basqınlarından dərs almadan hələ də gərginlik ocaqları yaratmağa çalışırlar. Halbuki onlar beynəlxalq təşkilatların xətti ilə Qərbi Asiyada köhnə böhranın əsas səbəbini dərk edib Fələstin böhranının ədalətli həllini gündəmə gətirsələr, bu, hada çox məqsədə uyğun olardı. İşğal olunmuş ərazilərin statusu ilə bağlı yerli sakinlər arasında referendumun keçirilməsi, paytaxtı Qüds olan müstəqil Fələstin dövlətinin qurulması və sionist rejimin Fələstin torpaqlarında öz cinayətlərinə son qoyması həm də qlobal sülh və sabitliyin xeyrinədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × five =