Yəmən Ənsarullah Hərəkatı: Yeni bir şey baş verməyib, kompromisə gedənlər İsrail ilə çoxdan rabitədədirlər
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Yəmən Ənsarullah hərəkatının sözçüsü Sionist rejimlə uzlaşmanın həqiqətən heç nəyi dəyişdirməyəcəyini söylədi, çünki kompromislər artıq hər şeyi bu rejimin ixtiyarında qoyub.
Yəmən Ənsarullah hərəkatının sözçüsü Məhəmməd Əbdüssalam bir müsahibəsində hərəkatın uzlaşmanı rədd etmə mövqeyini vurğuladı və Ənsarullahın daima Fələstin və Fələstin məsələsinin yanında olacağını söylədi.
Səna müzakirə heyətinin rəhbəri Əl-Məsirəyə bildirib: “Fələstin məsələsi ərəb və İslam məsələsi və batil müqabilində haqqın nümunəsidir. Bu baxımdan, sionist rejimə güzəştə getmək və tanımaqla bağlı atılan heç bir addım qəbul oluna bilməz.”
Əbdüssalam BƏƏ ilə Bəhreyn arasında uzlaşma elan edilməsini ABŞ və İsrailin təbliğat hərəkəti adlandıraraq əlavə etdi: “Əslində bu uzlaşma heç nəyi dəyişdirə bilməz. Gizli bir kompromis zamanı onsuz da hər şeyi Sionist rejimə vermişdilər.”
Ənsarullah hərəkatının sözçüsü İsrail rejiminin Yəmən müharibəsi də daxil olmaqla bölgədəki bir çox müharibələrdə geniş iştirak etdiyini ifadə etdi.
Ənsarullah lideri Əl-Husi də əvvəllər ABŞ və Sionist rejimin Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreynin əmlaklarını sionistlərin lehinə talayacağını söyləmişdi.