Yəmən 2 Amerika esminesini hədəf alıb
Yəmən Milli Ordusunun sözçüsü Yəhya Səri çərşənbə axşamı gecə verdiyi açıqlamada deyib:
Qeyrətli ordumuz Fələstin xalqının zülmünə dəstək və ABŞ və İngiltərənin Yəmənə təcavüzünə cavab olaraq Qırmızı dənizdə iki Amerika esminesini hədəf alıb.
İRNA-nın Yəmənin Əl-Məsirə şəbəkə saytına istinadən verdiyi məlumata görə, Səri bildirib: Bu əməliyyatda dəniz raketləri və pilotsuz təyyarələrdən istifadə edilib.
O, bir daha vurğulayıb: Qəzzada müharibə dayanana və bu zolağın blokadası götürülənə qədər əməliyyatlarımızı davam etdirəcəyik.