Yəmən ABŞ-a xəbərdarlıq etdi
Yəmən Ali Siyasi Şurasının üzvü Amerikaya xəbərdarlıq edərək deyib: Qəzzəyə ərzaq və tibbi preparatların girişinə tam icazə verilməyincə İsrail gəmiləri saxlanılacaq.
Əl Aləm telekanalının məlumatına əsasən, Məhəmməd Əli Əl Husi müsahibə zamanı deyib: Amerika və yaxud hər hansı bir ölkə Yəmənə hücum edərsə, və yaxud hər hansı bir ölkənin bu hücumda rolu olarsa, özləri ziyan edəcəklər
Əl Husi həmçinin deyib: Yəmənin Qırmızı dənizdə İsrail və İsrailə gedən gəmilərini saxlamamsının əsas şərti Qəzzəyə humanitar yardımların çatdırılmasıdır. Bu şərtimizə əməl edilərsə, biz də İsrail gəmilərinin məqsədinə çatmasına mane olmarıq.
Əl Husi müsahibənin davamında deyib: Bizim Həmas və İslami Cihad qardaşlarımız əmin olsunlar ki, biz layiqincə onların yanındayıq.