Yəmən Ənsarullah Hərəkatı siyasi bürosunun rəsmisi ABŞ və İngiltərənin son zamanlar Yəməndəki təcavüzkarlılqlarının cəzasını alacaqların vurğulayaraq deyib: Bizim Amerikanın eskalasiya niyyəti ilə necə rəftar edəcəyimiz barədə planlarımız var. Amma bütün bunlara qarşı cavabımız çox ağır olacaq.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Məhəməmməd Əl Bəxiti deyib: Amerika və İngiltərə böyük bir səhvə yol verdi və cəzalarını da alacaqlar.
Əl Məyadin telekanalına müsahibə verən Əl Bəxiti daha sonra deyib: Yəmənin ABŞ və İngiltərə xalqı ilə heç bir problemi yoxdur. Bizim davamız Vaşinqton və Londonun heç də xeyirlərinə olmayan siyasəti ilədir. Onlar böyük bir səhvə düçar olub və planlarını bir daha nəzərdən keçirib keçmiş təcrübələrindən ibrət dərsi götürməlidirlər.
Əl Bəxiti bir daha vurğulayıb: Yəmən silahlı qüvvələrinin Qırmızı dənizdə hərbi əməliyyatları kifayət qədər ABŞ və İsrailə ağır ziyanlar verib. Bu gün isə Amerika və İngiltərə gəmilərinin dənizdə üzməyə cürət etmir. Biz çoxdan bu müharibəni gözləyirdik və bu iki ölkənin Yəmənə təcavüzlərinin sərt cavabını verəcəyik.