Yəmən: Artıq ABŞ və İngiltərə qüvvələri Babul Məndəbdən keçə bilməyəcək

Yəmən: Artıq ABŞ və İngiltərə qüvvələri Babul Məndəbdən keçə bilməyəcək

Yəmən Ənsarullah Hərəkatı siyasi bürosunun üzvü yeni mərhələyə keçmələri səbəbinə artıq ABŞ və İngiltərə hərbi qüvvələrinin Babul Məndəb boğazından keçə bilməyəcəyini elan edib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Məhəmməd Əl Bəxiti dünən axşam (15 yanvar) deyib: Yəmən silahlı qüvvələri raket potensiallarını artırdığı üçün dşmənin yeni sürprizlərə hazır olması lazımdır.

Əl Bəxiti deyib: Biz hərbi sahədə yeni mərhələyə keçdiyimiz üçün ABŞ və İngiltərə artıq Babul Məndəb boğazından ötüb keçə bilməyək.  Regionda müqavimət dəstələri bir daha nəzarəti əllərinə keçirdi. Amerika daha təcavüzkarlıqlarına davam edə bilməyəcək təbii ki, məğlubiyyətə uğrayacaq.

Əl Bəxiti həmçinin vurğulayıb: Amerikalılarla qarşıdurmada Yəmən yeni qanunlar əsasında ABŞ və İsrail gəmilərinin Babul Məndəbdən keçməsinə qətiyyətlə mane olacaq.

Ənsarullah rəsmisi həmçinin qeyd edib: Ötən əməliyyatımızda bir ABŞ gəmisini hədəfə aldıq və Vaşinqton bu əməliyyatda qüvvələrini itirdiyini etiraf etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + eight =