Yəmən Ədən körfəzində Amerika gəmisinə hücum edib

Yəmən Ədən körfəzində Amerika gəmisinə hücum edib

Yəmən silahlı qüvvələrinin sözçüsü ABŞ və İngiltərənin hücumlarına cavab olaraq Ədən körfəzində Vaşinqtona məxsus hərbi gəminin hədəf alındığını açıqlayıb.

Yəmən silahlı qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri bu bazar ertəsi axşam Ədən körfəzində ABŞ-a məxsus hərbi yük gəmisinin hədəfə alındığı hərbi əməliyyat barədə məlumat verib.

Bu hücumun müvafiq raketlərlə həyata keçirildiyini deyən Səri bildirib: Yəmən silahlı qüvvələrinin Amerika və İngiltərənin hücumlarına cavabı qəti olacaqvə hər hansı yeni hücum cavabsız və cəzasız qalmayacaq.

Əl-Məsirə xəbər kanalı Yəmən silahlı qüvvələrinin sözçüsünə istinadən xəbər verib: “İsrailin Qəzzəyə hücumlarını dayandırmaq və Fələstin xalqının mühasirəsini yarmaq üçün İsrail gəmilərinin və ya işğal olunmuş Fələstinin limanlarına gedən gəmilərin hərəkətinin qarşısını almağa davam edəcəyik.”

O, Yəmən silahlı qüvvələrinin bütün müdafiə və hücum tədbirlərini özünümüdafiəyə uyğun hesab etdiyini bildirərək, silahlı qüvvələrin ölkəsinə qarşı istənilən Amerika və ya İngiltərə hücumuna cavab verməyə davam edəcəyinə işarə edib.

Amerikalı jurnalist Maks Blumental bu yaxınlarda Ənsarullahın addımlarını tərifləyərək vurğulayıb: Mən Ənsarullahın etdiklərini həyatım boyu gördüyüm ən etik hərbi müdaxilə adlandırdım. Husilərin etmək istədiyi şey Qəzzada soyqırımı dayandırmaq üçün İsrailə iqtisadi təzyiq göstərməkdir.

O, həmçinin deyib: “Onların etməli olduğu tək şey Qəzzada atəşkəsə başlamaqdır, sonra isə Qırmızı dənizdə gəmiçilik normallaşacaq.”

Bayden Yəmənə müharibə elan edərək konstitusiyanı pozduğuna görə impiçment edilməlidir. O, Entoni Blinkenlə birlikdə beynəlxalq məhkəmədə soyqırımda ittiham edilməlidir.

Yəmənin Ənsarullah Hərəkatının rəsmi sözçüsü Məhəmməd Əbdüssalam bazar günü axşam saatlarında vurğulayıb ki, bu ölkə Fələstin xalqına dəstək olaraq İsrail gəmilərini və ya işğal altındakı Fələstinə gedən gəmiləri hədəfə alacaq ki, İsrail Qəzzaya hücumlarına son qoysun.

Əbdüssalam bütün ölkələri Amerikanın hiyləsinin qurbanı olmamağa çağırıb və vurğulayıb ki, Vaşinqton Qəzzaya hücumu dayandırmaq məsuliyyətindən yayınmamalıdır.

O, sonda bildirib ki, özünümüdafiə hüququ prinsipinə əsaslanaraq, Yəmən öz suverenliyinin pozulmasına icazə verməyəcək və heç bir təcavüz qarşısında sükut etməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine − 7 =