Yəmən: Əməliyyatlarımıza mane olanlara kəskin cavab verəcəyik

Yəmən: Əməliyyatlarımıza mane olanlara kəskin cavab verəcəyik

Yəmən Ənsarullah Hərəkatının mətbuat katibi ABŞ-ın təhdidlərinə rəğmən İsrail gəmiləri ilə əlaqədar Yəmən əleyhinə hər hansı bir əməliyyatla üzləşdiyi təqdirdə qətiyyətli cavab veriləcəyini elan edib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Məhəmməd Əbdülsalam dünən aaxşam (10 yanvar) xəbərdarlıq edərək deyib: Qırmızı və Əmman dənizlərinin təhülkəsizliyi təmin edilir və Amerika beynəlxalq ictimaiyyəti aldadaraq yəmənlilərin bu təhlükəsizliyi pozması barədə iddialarından əl çəkməlidir.

Məhəmməd Əbdülsalam söhbətinin davamında dünya xalqlarına ABŞ-ın hiylələrinə aldanmamalarını, Qəzzə müharibəsində sionist rejim cinayətlərinə dəstək üçün hamını tələyə salmaq məqsədini güddüyünü də vurğulayaraq deyib: yəmən dəniz qüvvələri işğal olunmuş Fələstinə gedən bütün İsrail gəmilərini saxlamaq layihəsini davam etdirəcək və bu əməliyyatlarda Yəmənə mane ola biləcək hər hansı bir qüvvə kəskin cavablandırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − 2 =