Yəmən Ənsarullahının yenidən ABŞ-ın “terrorçuluq” siyahısına salınmasına reaksiyası

Yəmən Ənsarullahının yenidən ABŞ-ın “terrorçuluq” siyahısına salınmasına reaksiyası

Yəmən Ənsarullah Hərəkatının sözçüsü və danışıqlar qrupunun rəhbəri ABŞ-ın bu hərəkatın adını yenidən qondarma “terrorçuluq” siyahısına salması qərarına reaksiya verib, bu cür addımların Yəmənin Fələstin xalqını dəstəkləməsinə mane ola bilməyəcəyini vurğulayıb.

Yəmən Ənsarullah Hərəkatının sözçüsü Məhəmməd Əbdüssəlam “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib: “Amerika bizim adımızı terror siyahısına salmaq məsələsindən siyasi məqsədlər güdür.”

O, əlavə edib: “Qırmızı dənizdə həyata keçirdiklərimiz Qəzzada müharibəni dayandırmaq üçün bir növ təzyiq idi və Amerikanın bu hərəkəti bizi fələstinliləri dəstəkləməkdə qəti mövqeyimizdən çəkindirməyəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + 1 =