Yəmən hərbi rəsmisi: Biz bütün İsrail gəmilərini hədəfə alacağıq
Yəmənli hərbi mənbə ölkənin silahlı qüvvələrinin Fələstin xalqına dəstək olaraq İsrail gəmilərini hədəfə almaq niyyətində olduğunu bildirib.
Yəmənli hərbi mənbə bu gün günortadan sonra (şənbə günü) sionist rejimin bütün gəmilərinə xəbərdarlıq edib.
Adı çəkilməyən bu mənbə “Əl-Mayadeen” şəbəkəsinə deyib: “Qüvvələrimiz istər Qırmızı dənizdə, istərsə də düşmənin gözləmədiyi başqa yerdə bütün İsrail gəmilərini hədəfə almağa qadirdir”.
Mənbə əlavə edib: “[Yəmən] silahlı qüvvələri bütün İsrail gəmilərini hədəf almağa çalışır; İstər işğal olunmuş Fələstinə gedən gəmilər, istərsə də təyinat yeri işğal altında olmayan Fələstinə.
Sionist rejimin Qəzzə zolağına hücumlarının əvvəlindən Yəmən ordusu işğal olunmuş Fələstinin cənubunda yerləşən Eylat limanını raket və pilotsuz təyyarələrlə hədəfə alıb.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri və Ənsarullah Hərəkatının sözçüsü Məhəmməd Əbd Salam bundan əvvəl ayrı-ayrı bəyanatlarında sionist rejimin təcavüzü dayanana qədər İsrail hədəflərinə qarşı hücumlarını davam etdirəcəklərini vurğulamışdılar.