Yəmən husiləri Qırmızı dənizdə daha bir gəmiyə hücum edib

Yəmən husiləri Qırmızı dənizdə daha bir gəmiyə hücum edib

Yəmənin husi üsyançıları Qırmızı dənizdə daha bir yük gəmisinə hücum edib.

Bu barədə “Al Arabiya” üsyançıların hərbi sözçüsü Yəhya Sareaya istinadən məlumat yayıb.

“MSC United” kommersiya gəmisinin ekipajı üç dəfə xəbərdarlıq siqnalına məhəl qoymayıb, bundan sonra üsyançılar ona raket zərbələri endiriblər.

Oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra İsrail Müdafiə Qüvvələri hərbi əməliyyata başlayıb. Bu hadisələr Yaxın Şərqdə bir sıra qrupların İraq və Suriyada ABŞ hərbi bazalarına qarşı hücumlarını intensivləşdirib. Yəmənin husi üsyançıları da öz növbəsində Qırmızı dənizdə gəmiləri atəşə tutmağa başlayıblar.

Dekabrın 18-də Pentaqon rəhbəri Lloyd Ostin Qırmızı dənizdə təhlükəsizliyin təmin edilməsinə yönəlmiş “Prosperity Guardian” əməliyyatının başladığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × three =