Yəmən İnqilabının lideri: Düşmənə daha güclü zərbələr endirmək planımız var

Yəmən İnqilabının lideri: Düşmənə daha güclü zərbələr endirmək planımız var

Yəmən Ənsarullah Hərəkatının rəhbəri İsrailin Qəzzəni işğal etməkdə, HƏMAS-ı məhv etməkdə və öz əsirlərini azad etməkdə tam məğlubiyyətinə toxunaraq deyib: “İsrail hərbi qüvvələri cəlb etməkdə böhranla üzləşib və bu məsələ Qəzzədə mücahidlərlə mübarizənin çətin olduğunu göstərir. Müxtəlif israilli qruplar müharibəyə getmək istəmir. Onlardan bəziləri Fələstini tərk etməklə hədələyir, bəziləri isə həbsxanaya üstünlük verir.”

Ənsarullah lideri sionist rejim mediasının daxili cəbhənin regional müharibəyə hazır olmadığını etiraf etdiyini bəyan edərək, Yəmənin bu rejim əleyhinə əməliyyatları haqda deyib: “Bu həftə 18 ballistik raket və pilotsuz təyyarə ilə əməliyyat keçirdik. Eylata qarşı əməliyyatda İsrail düşmənini qəfil yaxalayan təkmil raketdən istifadə etdik.”

İsrailə qarşı əməliyyatlar başlayandan bəri 479 raket və pilotsuz uçan aparatdan istifadə edilməsinə diqqət çəkən Əl-Husi deyib: “Amerika və İngiltərə də İsrailə dəstək məqsədilə indiyədək 407 hücum həyata keçirib. Amerika bütün imkanlarından və silahlarından istifadə etsə də, bizi çəkindirə bilmədiyini etiraf edir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × four =