Yəmən: İsrail gəmilərinə qarşı əməliyyatlarımız davam edəcək

Yəmən: İsrail gəmilərinə qarşı əməliyyatlarımız davam edəcək

Yəmən Milli Nicat dövlətinin xarici işlər nazirliyi BMT Təhlükəsizlik Şurasının Qırmızı dəniz barədə son bəyanatına reaksiya olaraq bu gün (19 mart) elan edib: Sionist rejim Qəzzə zolağında təcavüzləri davam etdikcə, bizim də Qırmızı dənizdə İsrail və sionist məqsədli gəmilərə qarşı hərbi əməliyyatlarımız davam edəcək.

İRNA-nın məlumatına əsasən, Yəmən XİN-i həmçinin TŞ-nin Qırmızı dənizdə əməliyyatları pisləməsindən təəssüfləndiyini bildirərək elan edib: TŞ-nin bu bəyanatı onların Amerika və İngiltərə koalisiyası və vəhşi sionist rejim cinayətlərinin davamı üçün tələblərinə boyun əyməsi kimi qəbul edirik.

Bəyanatın davamında deyilir: 200 günə yaxın gedən qeyri-bərabər müharibədə İsrail əvəzinə Yəməni qınamaq utandırıcı bir haldır. Yaxşı olardı ki, TŞ Amerikanın qəsbkar sionist rejimə silah-sursat verərək minlərlə insanı Qəzzədə qətliam etməsinin qarşısını alan bəyanat yaysın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × two =