“Yəmən İsrailin strateji təhdidinə çevrilib”

“Yəmən İsrailin strateji təhdidinə çevrilib”

Sionist rejim ekspertlərinin fikrincə Yəmənin Səvqul Cəyş qrupları tədricən Tel Əviv üçün strateji təhdidə çevrilib. Belə ki, artıq raket hücumlarından üstün böyük bir problemddir.

Təsnim İnformasiya Agentliyinin məlumtına əsasən, ibri dilli medialar yazır: İsrailin keçmiş təhlükəsizlik şurasının sədri Gyura Ayland televiziya kanalı ilə müsahibəsində etiraf edərək deyib: Bu gün Yəmən İsrail üçün böyük təhlükədir. Amerika bu məsələyə o qədər də əhəmiyyət vermədiyi üçün bizim Yəmən ordusu ilə müharibəyə başlamamızı istəmir.

Ayland həmçinin vurğulayıb: Bizim yəmənlilərlə problemimiz onların Qıırmızı dəniz boğazında olmaları və Cənubi Afrikanın bir hissəsində yerləşmələridir. Elə bu səbəbdən də ən böyük problem raketlərlə hücumlara məruz qalmaq deyil.  Ona görə də Yəmən istədiyi zaman İsrail gəmilərini saxlaya bilər və artıq heç bir gəmimizin bu dənizə açılmaq imkanı   olmaz.

İsrailin başı Qəzzədə və şimal cəbhəsinə qarışıb. Halbuki Qırmızı dənizlə də əlaqəsi kəsilərsə, problem birə-beş arta bilər. hələ İordan çayının qərb sahilindəki problemləri demirəm – Ayland bildirib.

Sabiq sionist rəsmi sonda dövləti bu problemin həllinə çağıraraq durumun həddən artıq ciddi vəziyyətə düşə biləcəyi barədə xəbərdarlıq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − eleven =