Yəmən ordusu Amerikanın MQ9 pilotsuz təyyarəsini vurub

Yəmən ordusu Amerikanın MQ9 pilotsuz təyyarəsini vurub

Yəmən ordusu ölkənin hava hücumundan müdafiə qüvvələrinin Yəmənin ərazi suları üzərində düşmənçilik missiyasını yerinə yetirərkən Amerika pilotsuz təyyarəsini vurduğunu açıqlayıb.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü, Briqada generalı Yəhya Səri bu gün axşam (çərşənbə günü) Amerikaya məxsus MQ9 pilotsuz təyyarəsinin vurulduğunu bildirib.

Yəmən silahlı qüvvələrinin sözçüsü bəyan edib ki, Yəmənin hava hücumundan müdafiəsi İsrailə hərbi dəstək vermək üçün Yəmənin regional suları üzərində düşmənçilik və casusluq missiyasını yerinə yetirən Amerikanın MQ9 pilotsuz təyyarəsini vurub.

Bu açıqlamanın davamında bu pilotsuz təyyarənin uyğun silahla vurulduğu bildirilir. Eyni zamanda Yəhya Səri bunu ölkənin Yəmən ərazisini müdafiə etmək və təhdidlərlə mübarizə aparmaq üçün qanuni haqqı olduğunu vurğulayıb.

Bu bəyanatın sonunda Fələstin xalqının dəstəyini bir daha vurğulamaqla yanaşı, düşmən hərəkatlarının Yəmənin sionist rejimə qarşı hərbi əməliyyatlarının davam etməsinə mane olmayacağı bildirilir.

Yəmən ordusu ötən bir neçə gün ərzində sionist rejimin Qəzzada törətdiyi cinayətlərə cavab olaraq işğal olunmuş Fələstin torpaqlarının cənubundakı İlat limanını raket və pilotsuz təyyarələrlə hədəfə alıb.

Briqada generalı Yəhya Səri bundan əvvəl vurğulamışdı ki, sionist rejimin Fələstin xalqına qarşı hücumları davam etdikcə, Yəmənin işğal olunmuş torpaqlara hücumları davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + 20 =