Yəmən ordusu: Qırmızı dənizin hərbiləşdirilməsinin nəticələri barədə Amerikaya xəbərdarlıq edirik

Yəmən ordusu: Qırmızı dənizin hərbiləşdirilməsinin nəticələri barədə Amerikaya xəbərdarlıq edirik

Yəmən silahlı qüvvələri Qəzzanın mühasirəsi davam edərsə, onların düşmənlərə qarşı hücumlarının daha da güclənəcəyini bəyan edərək, Amerika və tərəfdaşlarını Qırmızı dənizin hərbiləşdirilməsi ilə bağlı xəbərdarlıq edib.

Yəmənin silahlı qüvvələrinin ölkənin beşinci hərbi bölgəsindəki komandirləri bu gün axşam (çərşənbə günü) fövqəladə iclasda son regional hadisələri müzakirə ediblər.

 “Əl-Məsirə” şəbəkəsinin xəbərinə görə, bu görüşə toplaşan komandirlər bu ölkənin bütün hərbi hissələrinin döyüş hazırlığını müzakirə edib və bu ölkənin qüvvələrinin Yəmənin Ənsarullah hərəkatının lideri. “Seyid Əbdülməlik Bədrəddin Əl-Husi”in əmrlərini yerinə yetirməyə hazır olduğunu vurğulayıblar.

Ənsarullah lideri son çıxışında Amerikanın sionist rejimin Fələstin xalqına qarşı cinayətlərində şərik olduğunu və qonşu ölkələr buna icazə verərsə, minlərlə yəmənlinin İsrailə qarşı döyüşmək üçün işğal olunmuş torpaqlara gedəcəyini açıqlayıb.

Bu görüşdə Yəmən komandirləri də açıq şəkildə bəyan ediblər ki, Yəmən Respublikasını sabit mövqelərindən məzlum Fələstin xalqını himayədən yayındırmağa çalışan kəslər bu ölkənin qüvvələri ilə qarşılaşacaq və Yəmən ordusu onları dayandıracaq.

İsrail rejiminin Qəzza zolağına hücumlarının genişlənməsindən sonra Yəmən ordusu Fələstin xalqına tam dəstəyini bəyan edib və bir neçə əməliyyat zamanı işğal altındakı Fələstinin cənubundakı Eylat limanı eləcə də işğal olunmuş ərazilərə gedən gəmilər pilotsuz təyyarələr və raketlərlə hədəfə alınıb.

İclasda iştirak edən hərbi rəsmilər həmçinin bildiriblər: “Biz ABŞ və onun tərəfdaşlarını İsrail rejiminə xidmət etmək üçün Qırmızı dənizin hərbiləşdirilməsinin və gəmiçilik təhlükəsizliyinə zərər vurmağın nəticələri barədə xəbərdarlıq edirik.”

Yəmən Hərbi Dəniz Qüvvələrinin Qırmızı dənizdə İsrail gəmilərinə qarşı əməliyyatlarının davam etməsindən sonra ABŞ bu gəmiləri qorumaq və Yəmən qüvvələri ilə qarşıdurma yaratmaq üçün hərbi koalisiya yaradılacağını açıqlayıb.

Eyni zamanda, Yəmənin hərbi rəsmiləri vurğulayıblar: “Düşmənlərin cinayətləri və Fələstin xalqının mühasirəsi davam edərsə və ya Yəmənin təhlükəsizliyi və suverenliyinə zərbə vurmaq fikri yaranarsa, onlara ən ağır zərbələri vurmağa hazırıq.”

Bu görüşdə iştirak edən Yəmənin müdafiə naziri Məhəmməd Əl-Atifi deyib ki, Yəmənin ixtiyarında bir çox strateji variant var və onları qəbul etməkdən çəkinməyəcək.

Əl-Atifi vurğulayıb: Yəmənin Fələstin xalqının qətli ilə bağlı mövqeyi bütün humanitar və beynəlxalq qanunlara uyğun olan dini və əxlaqi mövqedir.

Yəmənin daxili işlər naziri Əbdülkərim Əl-Husi də bu iclasda iştirak edib və bildirib ki, bu ölkənin bütün təhlükəsizlik qüvvələri ayıq-sayıqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × three =