Yəmən ordusunun hücumları sionist rejimin Eylat limanını boş qoyub
Misir mediası şənbə günü gecə Yəmən Milli Ordusunun pilotsuz təyyarə və raket hücumlarından sonra işğal olunmuş ərazilərin cənubundakı Eylat limanının gəmilərsiz qaldığını bildirib.
İRNA-nın məlumatına görə, Misirin “Əl-Qahirə əl-Əxbariyyə” şəbəkəsi Yəmənin Ənsarullah hərəkatının zərbələri və təhdidlərindən sonra işğal olunmuş Fələstinin cənubundakı Eylat limanının ilk dəfə gəmisiz qalması ilə bağlı məlumat verib.
Yəmən Milli Ordusunun sözçüsü briqada generalı Yəhya Səri çərşənbə axşamı ölkənin qeyrətli qüvvələrinin sionist rejimin nəzərdə tutulan bəzi ticarət gəmilərinə qarşı əməliyyatının uğurla həyata keçirildiyini bildirib.
Səri deyib: Üç xəbərdarlıqdan sonra “MSC United” ticarət gəmisi raketlə hədəfə alınıb.
O, əlavə edib ki, Yəmən silahlı qüvvələri işğal olunmuş Fələstinin cənubundakı Ummur-Rəşraş (Eylat) bölgəsini və bir sıra digər bölgələri pilotsuz təyyarələrlə hədəfə alıb.
Səri bu əməliyyatlar məcmusundakı məqsədin Fələstin xalqına dəstək olduğunu bildirərək qeyd edib: İsrail gəmilərinə və ya işğal olunmuş Fələstin limanlarına gedən gəmilərə qarşı əməliyyatlarımız Qəzza zolağına dərman və ərzaq daşınmasına qoyulan məhdudiyyətlər aradan qaldırılana qədər davam edəcək.
Sionist rejimin Qəzzada HƏMAS-ın mövqelərinə qarşı hücumlarından sonra Yəmən bu rejimin bombalaması və dağıdıcı təcavüzünə etiraz əlaməti olaraq Qırmızı dənizdə İsrail üçün fəaliyyət göstərən gəmilərə hücum edib.
Bundan əvvəl dünyanın ən böyük konteyner daşıma şirkəti olan MSC də daxil olmaqla dörd böyük gəmiçilik şirkəti bu yaxınlarda Yəmənin gəmilərə hücumundan sonra Süveyş kanalını keçməkdən daşındıqlarını açıqlamışdı.
Qırmızı dənizə aparan Süveyş Kanalı gəmiçilik marşrutu qlobal ticarət üçün mühüm su yoludur və Avropa ilə Asiya və dünyanın digər regionları arasında mal və enerji daşınması üçün istifadə olunur.
Bu marşrut sayəsində bütün Afrika qitəsini dolanmağın qarşı alınır və vaxta və pula qənaət edilir.
Yəmən ordusunun qüvvələri İsrail rejimi hücumlarını dayandırmayana qədər Qırmızı dənizdə bu rejimin gəmilərinə hücumlarını davam etdirəcəklərinə söz veriblər.