Yəmən: Qırmızı dənizi təhlükəli edən Amerikadır

Yəmən: Qırmızı dənizi təhlükəli edən Amerikadır

Yəmən Ənsarullah Hərəkatının mətbuat katibi Amerikanın Qırmızı dənizi hərbi bazaya çevirdiyini, bütün gəmilər üçün hərbi təhlükə yaratdığını xatırladaraq deyib ki, Yəmən təkcə İsrailə gedən və İsrail gəmilərinin gediş-gəlişinə mane olurdusa, ABŞ-ın hərbi gəmiləri dənizdəki bütün gəmilər üçün təhlükədir.

Əl Aləm telekanalının məlumatına əsasən, Məhəmməd Əbdül Salam dünən (24 dekabr) Yəmən hava qüvvələrinə aid kəşfiyyatçı bir təyyarə ABŞ-ın hərbi gəmisi tərəfindən isterik reaksiyaya səbəb olaraq atəş açdığını xatırladaraq deyib: Amerikanın bu isterik rəftarı dövlətin çaşqılıq və təşvişindən irəli gəlir. Çünki atılan raketlərdən biri Qırmızı dənizin cənubunda yerləşən Rusiya limanlarından birinə yaxın ərazidə Qabon Respublikasına aid gəminin yaxınlığında partlayıb.

O, həmçinin əalvə edib: Biz bir daha Amerikaya aid hərbi gəmilərin sırf İsrail gəmilərinin təhlükəsizliyi təmin edərək onları qorumaq üçün Qırmızı Dənizə gəlməsini beynəlxalq dəniz gəmiçiliyinə  böyük bir təhdid olduğunu vurğulayırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + 2 =