Yəmən Səudiyyə Ərəbistanı və BƏƏ-yə xəbərdarlıq etdi: Amerika ilə əməkdaşlıq etməyin

Yəmən Səudiyyə Ərəbistanı və BƏƏ-yə xəbərdarlıq etdi: Amerika ilə əməkdaşlıq etməyin

Yəmən xalqı silahlı qüvvələrin sionist rejim və ABŞ əleyhinə əməliyyatlarını tam dəstəklədiklərini elan edərək BƏƏ və Səudiyyə Ərəbistanını Amerikanın sionist sui-qəsdlərinə qoşulmaqdan çəkindirib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Yəmən xalqı ötən cümə günləri olduğu kimi bu gün də möhtəşəm nümayişlə Qəzzanın məzlum xalqına, eləcə də müqavimət qüvvələrinin əməliyyatlarına hərtərəfli dəstəyini bir daha ifadə ediblər.

Yəmənlilər bu kütləvi yürüşün yekun bəyanatında ölkənin silahlı qüvvələrinin əməliyyatlarına və sionist rejimin təcavüzü ilə daha geniş şəkildə mübarizə aparmaq üçün Yəmən liderlərinin bütün qərarlarına tam dəstək verdiklərini vurğulayıblar.

Bəyanatda deyilir: Təcavüzkar Səudiyyə Ərəbistanı və BƏƏ koalisiyasına ABŞ və sionist rejimin təzyiqlərinə boyun əyib onların fitnələrinə qoşulmaq barədə xəbərdarlıq edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − 12 =