Yəmən sahillərində Amerika hərbi gəmisinə raket hücumu

Yəmən sahillərində Amerika hərbi gəmisinə raket hücumu

Media mənbələri Yəmən sahillərində ABŞ hərbi gəmisinə raket zərbəsi endirdiyini bildirib və bu hücuma görə Ənsarullah hərəkatının məsuliyyət daşıdığını iddia edib.

Mehr xəbər agentliyinin Əl-Cəzirə-yə istinadən verdiyi məlumata görə, Reuters xəbər agentliyi bir amerikalı rəsmiyə istinadən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisinin Yəmən sahillərində raket hücumu ilə hədəf alındığını iddia edib.

Bu amerikalı rəsmi iddia edib ki, Amerika hərbi gəmisi Yəmən sahillərində ona atılan bir neçə raketi ələ keçirib.

CNN də bu raket hücumunun səbəbinin Yəmənin Ənsarullah hərəkatı olduğunu iddia edib.

CNN həmçinin əlavə edib ki, raket hücumunun hədəfi hələ aydın deyil, lakin görünən odur ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Carney döyüş gəmisi çərşənbə günü Süveyş kanalından Qırmızı dənizə gedərkən hədəfə alınıb.

Bu xəbər bəzi Yəmən mənbələrinin Amerika rəsmilərinin ABC-yə USS Carney döyüş gəmisinin husilərin şimala (ehtimal ki, Səudiyyə Ərəbistanına doğru) atdığı bir neçə raketi ələ keçirdiyini, lakin hədəf gəminin özləri olmadığını bildirdikləri bir vaxta təsadüf edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 4 =