Yəmən Silahlı Qüvvələri: İstənilən təcavüzlə mübarizəyə hazırıq
Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Yəhya Sərii cümə günü axşam saatlarında Amerikaya bu ölkəyə qarşı hər hansı bir hərəkətlə bağlı xəbərdarlıq etməklə yanaşı, Yəmən hərbi qüvvələrinin istənilən təcavüzə cavab verməyə hazır olduğunu vurğulayıb.
İRNA-nın “Əl-Məsirə” telekanalına istinadən verdiyi xəbərə görə, Yəhya Sərii deyib: “Yəmən Silahlı Qüvvələri düşmən Amerikaya, eləcə də ABŞ-ın müdaxilə etməyə çalışdığı və ya onları sionist düşmənin gəmilərini qorumağa sürüklədiyi bütün ölkələrə ölkəmizə və xalqımıza qarşı hər hansı bir gərginliyin artmasının nəticələri barədə xəbərdarlıq edir.”
O, əlavə edib: “Yəmən Silahlı Qüvvələri öz dini və milli vəzifələri çərçivəsində müdafiə və istənilən təcavüzə qarşı mübarizə aparmaq üçün lazım olanı etməkdən çəkinməyəcək.”
Silahlı Qüvvələrin sözçücü qeyd edib ki, Fələstin məsələsi və Fələstin xalqına qarşı zülmlə bağlı mövqeyimiz qəti və prinsipialdır. Hadisə və çətinliklərdən asılı olmayaraq, o, dəyişməyəcək.
Cümə günü Yəmənin müxtəlif şəhərlərində Qəzza əhalisinə dəstək məqsədilə kütləvi nümayişlər keçirildi.
Yəmənlilər Ərəb və İslam xalqlarından və dünyanın bütün azad insanlarından yürüş və nümayişlər keçirməklə sionist rejim və onun havadarlarına qarşı təzyiqlərini davam etdirmələrini istəyiblər.
Onlar həmçinin Ərəb və İslam xalqlarını sionist rejim və Amerika mallarını boykot etməyə çağırıblar.