Yəmən sionistlərin İylat limanına raket hücumu həyata keçirib

Yəmən sionistlərin İylat limanına raket hücumu həyata keçirib

Yəmən silahlı qüvvələrinin sözçüsü Fələstin xalqına dəstəyini vurğulayaraq, Yəmən ordusunun işğal altındakı Fələstinin cənubundakı İylat limanını hədəf aldığını açıqlayıb.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri bu gün (çərşənbə günü) axşam saatlarında işğal olunmuş Fələstinin cənubundakı İylat limanına raket hücumu barədə məlumat verib.

Bu haqda Yəmən silahlı qüvvələrinin sözçüsü məlumat yayıb ki, bu ölkənin raket bölməsi işğal olunmuş Fələstinin cənubundakı “Ummur-Rəşraş” (İylat limanı) hərbi hədəflərinə bir neçə raket zərbəsi endirib.

Yəhya Səri daha sonra vurğulayıb ki, Yəmən silahlı qüvvələri Qəzza xalqına və İordan çayının qərb sahilinə qarşı təcavüz dayanana qədər hücumlarını davam etdirəcək.

Bu bəyanat İsrail mənbələrinin İylat limanında raket hücumu riski ilə bağlı həyəcan siqnalının işə düşməsindən saatlar əvvəl elan edib.

Sionist rejimin Qəzzə zolağına hücumlarının başlamasından sonra Yəmən ordusu işğal olunmuş Fələstinin cənub bölgələrini raket və pilotsuz təyyarələrlə hədəfə alıb.

Yəmən silahlı qüvvələri də bu yaxınlarda Qırmızı dənizdə bir İsrail gəmisini ələ keçirib və bütün İsrail gəmilərinə xəbərdarlıq edib ki, onlar nəzərə çarpdıqda, hədəf alınacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − three =