Yəmən: Təl-Əvivdə bir neçə pilotsuz təyyarə ilə həyati bir mövqeyi hədəf aldıq
Yəmən silahlı qüvvələrinin sözçüsü Təl-Əvivdə həyati əhəmiyyətli bir hədəfə pilotsuz təyyarə ilə hücumundan xəbər verib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, briqada generalı Yəhya Səri bu gün (3 oktyabr) deyib: Fələstin və Livan xalqına dəstək məqsədi Yaffa bölgəsində (Təl-Əviv) mühüm mövqeni hədəfə aldıq. Yəmən işğalı dayandırılana və Qəzzanın blokadası götürülənə qədər İsrail düşməninə qarşı hərbi əməliyyatları davam etdirəcək.
Yəhya Səri Əl-Əqsa Tufanı əməliyyatının ildönümünə bir neçə gün qaldığını xatırladaraq deyib: Yəmən silahlı qüvvələri bir daha bütün ərəb və islam xalqlarından Fələstin və Livan xalqlarına dəstək etmələrini istəyir.